29 Sentyabr 2024
Kateqoriyasız

SON DƏQİQƏ! “Kəpəz” yeni baş məşqçisi ilə bütun məsələlərdə anlaşdı – AÇIQLAMA

Daha öncədən də xəbər verdiyimiz kimi, “Kəpəz” Adil Şükürovun gedişindən sonra boş qalmış baş məşqçi postuna Azər Bağırovu gətirir.

İdmanxeber.az-a daxil olan məlumata görə, tərəflər arasında baş tutan danışıqlar müsbət yekunlaşıb.

Bağırov özü də bu xəbəri saytımıza açiqlamasında təsdiq edib:

“Bəli, klub rəhbərliyi ilə görüşümüz oldu və demək olar ki, bir çox məsələlərdə ortaq məxrəcə gələ bildik. Bəzi xırda detallar qalıb. Son anda bir problem olmayacağı halda, “Kəpəz”də işimə başlayacam”.

Qeyd edək ki, Azər Bağırov son olaraq Premyer Liqada “Araz Naxçıvan”ın sukanı arxasında olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43