29 Sentyabr 2024
Ölkə futbolu

“Nə hücumda, nə də müdafiədə yaxşı oynamadıq” – Kurban Berdiyev

“Oyuna pis başladıq. İlk 15 dəqiqə ərzində üstünlüyü rəqibə verdik və bütün möveləri uduzduq. Sonra hissənin axırına kimi vəziyyəti yaxşılaşdırdıq. 1-dən çox da qol vura bilərdik. İkinci hissədən razı qalmadım. Nə hücumda, nə də müdafiədə yaxşı oynamadıq. Səbəbini axtaracağıq. Bu, ya qol buraxmaq qorxusundandır ya da başqa psixoloji məqamdır”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev “Səbail” qələbəsi (1:0) sonrası deyib. O, daha sonra belə davam edib:

“İstənilən məşqçi üçün nəticə önəmlidir. Amma tapşırıqları yerinə yetirmirsənsə, nəticələr daimi olmaz. Bu gün qələbə var. Amma istədiyimiz kimi oyun olmadı. İstənilən halda qələbə qələbədir. Çünki, azarkeşlər bundan zövq alırlar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43