29 Sentyabr 2024
Ölkə futbolu

“Fasilə bizim xeyrimizə olacaq” – “Araz Naxçıvan”ın məşqçisi

“Sumqayıtda oynamaq həmişə xoşdur. Dinamik və hücum futbolu oldu. Futbolçularımıza təşəkkür edirəm, yaxşı oynadılar. Qoldan sonra bir az geriyə çəkildik. Bəzi şeylər alınmırdı. Amma qələbə həmişə yaxşıdır”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Araz Naxçıvan”ın məşqçisi Rasim Ramaldanov “Sumqayıt” qələbəsi (1:0) barədə danışarkən deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

 Hesabda önə keçəndən sonra sanki komanda arxayınlaşırBunun səbəbi nədir?

– Bu, bizə siqnal oldu. Komanda qol vurandan sonra müdafiəyə oturur. Vaxtımız var. Bunun üzərində işləyəcəyik. Qoldan sonra da dinamik futbol oynamağa çalışacağıq.

Milli fasilə komandaya necə təsir edəcək?

– Yaxşı və ya pis olacağı bilinmir. Nöqsanlarımız çoxdur. Yeni oyunçular bir-birinə uyğunlaşmayıblar. Çalışacağıq ki, nöqsanları aradan qaldıraq. Fasilə bizim xeyrimizə olacaq.

Qarşınıza hansı hədəf qoyulub?

– Konkret hədəf qoymayıblar. Amma biz bacardığımızın ən yaxşısını etmək istəyirik. Avrokuboklara vəsiqə alınsa, lap yaxşı olar. Alınmasa da, yolumuza davam edəcəyik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43