29 Sentyabr 2024
Ölkə futbolu

“Həddən çox mübarizə olanda da futbol ikinci plana düşür”

“Rəqibi təbrik edirəm. Oyun elə gedirdi ki, ya heç-heçə olacaq, ya da kimsə bir qol vurub qələbə qazanacaq. Meydanda mübarizə var idi. Həddən çox mübarizə olanda da futbol ikinci plana düşür. Qol buraxandan sonra çalışdıq ki, oyunu əla aaq, amma olmadı. Növbəti matçlara hazırlaşacağıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov “Araz Naxçıvan” məğlubiyyəti barədə danışarkən deyib. O, daha sonra jurnalistlərin suallarını cavablayıb:

 Yeni transferlər gözləntiləri doğrultmurBu vaxta qədər davam edəcək?

– Düzələnə kimi davam edəcək. Futbolçular təzə gəliblər. Onlara da zaman lazımdır. Biz də istəyirik ki, yeni gələnlər komandaya uyğunlaşsın. Yəqin, milli fasilə bizə kömək olacaq.

Mübarizəni keyfiyyətə çevirmək üçün  çatmır?

– Roy Kehatın yoxluğu özünü göstərirdi. Hücumda “dişli” deyilik. Buna görə də keyfiyyətə çevirə bilmirik.

Rövlan Muradovun problemi nədir?

– Həmin mövqedə rəqabətsiz oynayır. Biz o mövqe üçün Sərtan Taşkını gətirdik. O da hələ hazır deyil. Rövlan topu itirəndən sonra danışmağa çox vaxt ayırır, nəinki qacmağa. Buna görə əsəbiləşdim. Onun top itkisi qolla nəticələndi. Onu başa salacağıq, cəzasını da alacaq. Keçən ilki zədədən sonra özünə gələ bilmir. Belə davam edə bilməz. Həmin mövqeyə rəqabət gətirmək lazımdır.

 Komanda Konfrans Liqasına vəsiqə qazananda hamı düşünürdü kihazır futbolçular gələcəkAmma indiki vəziyyət o deyil

Sırf maliyyə ilə bağlıdır. Çempionatı davam edən ölkədən hazır oyunçunu gətirmək üçün klubuna pul verməlisən. Biz də bunu edə bilmirik. Maliyyə baxımından uyğun olanları gətiririk. Məşqçi kimi mənim bu məsələdə bacaracağım bir şey yoxdur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43