01 Oktyabr 2024
Ölkə futbolu

“Neftçi” heç-heçə etdi, “Sabah” qalib gəldi – YENİLƏNİB

Azərbaycan Premyer Liqasında 5-ci turun oyunları davam edir. 

İdmanxeber.az-ın məlumatına görə, günün ilk oyununda “Şamaxı” “Neftçi”ni qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə sona çatıb – 0:0.

Günün ikinci matçında isə “Sabah” Tovuzda “Kəpəz”in qonağı olub. Adil Şükürovun baş məşqçi vəzifəsindən getməsindən sonra Gəncə klubunu bu oyuna əvəzedici heyətin çalışdırıcısı Xaliq Mərdanov çıxarıb. Görüş Bakı klubunun qələbəsiylə başa çatıb – 3:2.

Qeyd edək ki, dünən start götürən tura sabah keçiriləcək 1 oyunla yekun vurulacaq. 

Misli Premyer Liqası

5-ci tur

31 avqust (şənbə)

17:00. “Şamaxı” – “Neftçi” 0:0

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Bayramov

Şamaxı şəhər stadionu

19:30.“Kəpəz” –“Sabah” 2:3

Qol: Viktor Braqa, 10 (1:0), Lassana Ndiaye, 18 (2:0), Coy Lens Mikels, 53 – pen. (2:1), 85  (2:3), Cessi Sekidika, 70, (2:2)

Hakimlər: Nicat İsmayıllı, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə
Tovuz şəhər stadionu

1 sentyabr (bazar)

20:45.“Zirə” – “Qarabağ”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43