30 Sentyabr 2024
Ölkə futbolu

Qarşılıqlı razılaşma əldə olundu, klub rəhbərliyi yenə də ona təzminat ödəyəcək

“Kəpəz”in baş məşqçisi Adil Şükürovla yollarını ayırdığı xəbərini vermişdik.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, tərəflər qarşılıqlı olaraq bu qərara gəlsələr də, Gəncə klubu sabiq baş məşqçisinə təzminat ödəyəcək. Anlaşmaya əsasən, rəhbərlik Şükürova iki aylıq maaşını verəcək.

Bu, təxminən 20 min manata yaxın məbləğ edir. Tərəflər bu razılıqdan sonra yollarını ayırmağa qərar verib.

Xatırladaq ki, 4 turdan sonra “Kəpəz” sonuncu sıradadır. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43