“Qalatasaray” futbolçusu Vilfrid Zahanı icarəyə verib.
İdmanxeber.az-ın məlumatına görə, 31 yaşlı hücumçu karyerasını “Lion”da davam etdirəcək. Onunla müqavilə bu mövsümün sonuna kimi nəzərdə tutulub.
Fransa klubu “Qalatasaray”a 3 milyon avro təzminat verəcək.
Qeyd edək ki, forvard 2023-cü ildə “Qalatasaray”a keçib.
Xatırladaq ki, “Lion” “Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsindəki rəqiblərindən biridir.