30 Sentyabr 2024
İdman

Paris-2024: Azərbaycan paraüzgüçüsü finala yüksəldi

Azərbaycan paraüzgüçüsü Raman Saley “Paris-2024” Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayıb.

İdmanxeber.az-ın məlumatına görə, S12 kateqoriyasında çıxış edən Paralimpiya çempionu 100 metr məsafəyə arxası üstə üzmə yarışında qüvvəsini sınayıb.

Finişə 1 dəqiqə 1,29 saniyə ilə birinci çatan paraüzgüçü finala vəsiqəni təmin edib.

Final mərhələsi Bakı vaxtı ilə 19:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43