30 Sentyabr 2024
Ölkə futbolu

Azərbaycan 2-ci liqasında yeni mövsüm start götürür

Bu gün Azərbaycan 2-ci liqasında 2024/25 mövsümü start götürəcək.

İdmanxeber.az xəbər verir ki, ilk gündə 1-ci turun 3 matçı keçiriləcək.

“Göygöl” “Şimal”la, “Haypers Quba” “Saatlı-Araz”la, “Lerik” isə “Füzuli” ilə üz-üzə gələcək.

Turun digər matçları 2 sentyabr tarixlərində oynanılacaq.

Qeyd edək ki, ötən mövsüm Azərbaycan 2-ci liqasının qalibi “Bakı Sportinq” olub. Komanda bu mövsüm 1-ci liqada mübarizə aparacaq.

31 avqust (şənbə)

16:30. “Göygöl” – “Şimal”
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Ruslan Quliyev
Göygöl OİK stadionu

17:00. “Hypers Guba” – “Saatlı Araz”
Hakimlər: Rövşən Rəcəbov, Aydın Bəxşiyev, Rasim Axundov, Emin Abdullayev
Quba OİK stadionu

17:00. “Lerik” – “Füzuli”
Hakimlər: Murad Səlimov, Zakir Şükürzadə, Mirnihad Seyidov, Nazim Abdullayev
Lənkəran OİK stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43