30 Sentyabr 2024
Ölkə futbolu

Ehtiram Quliyevdən “Turan Tovuz”un üzvlərinə 60 min manatlıq mükafat

“Turan Tovuz” rəhbərliyi “Səbail” üzərində qazanılan qələbəyə (1:0) biganə qalmayıb.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, klub rəhbəri Ehtiram Quliyev komandaya mükafat vəd edib. O, bu qələbə üçün 60 min manat pul ayırıb. Bu məbləğin oyunçular arasında bölünəcəyi bildirilir.

Xatırladaq ki, bğlgə təmsilçisi 5 oyundan sonra aktivindəki 13 xalla turnir cədvəlində birinci yerdədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43