02 Oktyabr 2024
Ölkə futbolu Premyer Liqa

“Zirə”də iki ciddi itki – İkisi də “Qarabağ”la oyunda sıradan çıxdı

Misli Premyer Liqasının 5-ci turu çərçivəsində “Zirə” “Qarabağ”ı qəbul edir.

İdmanxeber.az-ın məlumatına görə, “qartallar”ın iki üzvü – Qismət Alıyev və Stefan Aka ilk hissədə zədələnərək meydanı tərk edib. İlk hissənin ortalarında Fil Dişi Sahilindən olan müdafiəçi əvəzlənmək məcburiyyətində qalmışdısa, fasilədə Alıyev ağrılarının olduğunu və oyuna davam edə bilməyəcəyini bildirib.

Hazırda matçda ikinci hissə oynanılır və “Qarabağ” hesabda öndədi – 2:1.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43