02 Oktyabr 2024
Dünya futbolu

Renat Dadaşov İstanbul klubuna qol vurdu, komandası qələbə qazandı – VİDEO

Türkiyə 1-ci liqasında 4-cü turun oyunları davam edir.

İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşovun şərəfini qoruduğu “Ankaragücü” öz meydanında “İstanbulspor”la qarşılaşıb. Görüş Ankara təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 2:1.

Əsas heyətdə meydana çıxan Dadaşov əvəzlənmədən meydanda olub. O, komandasının ilk qolunun müəllifi də olub. Bu, Dadaşovun “Ankaragücü” forması ilə 2-ci qolu olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43