02 Oktyabr 2024
Ölkə futbolu

“Səbail”in sabiq futbolçusu bölgə klubunda

Azərbaycan I Liqa klubu “Karvan” transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-a verilən məlumata görə, bölgə təmsilçisi Peyman Keşavarzi ilə anlaşıb. 29 yaşlı müdafiəçi növbəti mövsümü “Karvan”da keçirəcək.

Keşavarzi daha öncə də Azərbaycanda çıxış edib. O, Premyer Luqa klublarımızdan “Kəpəz” və “Səbail”in formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43