“Neftçi”nin sabiq futbolçusu Mateus Saldanya karyerasını Macarıstanda davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, oyunçu Macarıstanın “Ferentsvaroş” kollektivinə keçir.
Artıq tərəflər arasında razılıq əldə olunub.
Qeyd edək ki, Saldanya 2022/2023 mövsümünün ikinci yarısını icarə əsasında “Neftçi”də keçirib.