“Qarabağ”ın hücumçusu Hamidu Keyta karyerasını Türkiyədə davam etdirəcək.
İdmanxeber.az qardaş ölkənin mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu “Konyaspor”la anlaşıb. Tərəflər arasında 2 illik müqavilə imzalanıb.
Fransalı futbolçunun bu axşam Türkiyədə olacağı bildirilir. Xəbərdə Super Liqa klubunun Keyta üçün təzminat ödəməyəcəyi də vurğulanıb.
Seneqal əsilli fransalı oyunçu ötən mövsüm “Zirə”dən “Qarabağ”a keçib.