23 Dekabr 2024
Ölkə futbolu

AFFA-dan klublara pul cəzası

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

İdmanxeber.az xəbər verir ki, iclasda 2-ci Liqanın 2-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

 

2-ci Liqanın 2-ci turunun “Lerik” – “Şəki Siti” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığına görə “Lerik” 70 manat cərimə edilib.

“Lerik” – “Şəki Siti” oyununun 67-ci dəqiqəsində meydan sahiblərinin  futbolçusu Vasif Fərəcov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Lerik”  50 manat cərimə edilib.

“Lerik” – “Şəki Siti” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Lerik” komandası 50 manat cərimə edilib.

2-ci Liqanın 2-ci turunun “Füzuli” – “Qusar” oyununun 74-cü dəqiqəsində qonaq komandanın futbolçusu Sərxan Ağayev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Qusar” 50 manat cərimə edilib.

“Şimal” – “Ağdaş” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığına görə “Şimal”  70 manat cərimə edilib.

2-ci Liqanın 2-ci turunun “Şəmkir” – “Hypers Guba” oyunu bitdikdən sonra meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Şəmkir”  80 manat cərimə edilib.

2-ci Liqanın 2-ci turunun “Şəmkir” – “Hypers Guba” oyununda meydan sahiblərinin azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Şəmkir”  150 manat cərimə edilib.

“Şəmkir” – “Hypers Guba” oyununun 60-cı dəqiqəsində qonaq komandasının futbolçusu Rəhim Cəfərov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Hypers Guba” komandası 80 manat cərimə edilib.

 “Şəmkir” – “Hypers Guba” oyununun 75-ci dəqiqəsində “Hypers Guba” komandasının  futbolçusu Nicat Oruclu ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra rəqib azarkeşlərə qeyri-etik jest etdiyinə görə 4 oyun cəzalanıb, “Hypers Guba” komandası 350 manat cərimə edilib.

“Saatlı-Araz” – “Göygöl” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Saatlı-Araz” 80 manat cərimə edilib.

“Saatlı-Araz” – “Göygöl” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığına görə “Göygöl”  70 manat cərimə edilib.

“Saatlı-Araz” – “Göygöl” oyununun 83-cü dəqiqəsində qonaq komandanın futbolçusu Elşən Mirzəyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Göygöl” komandası 50 manat cərimə edilib.

2-ci Liqanın 2-ci turunun “Kür-Araz” – “Şahdağ Qusar” oyunu meydan sahiblərinin meydançaya gec çıxması səbəbindən gec başladığına görə “Kür-Araz” komandası 150 manat cərimə edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43