“Sabah” klubu “Turan Tovuz”un təklifini geri çevirib.
İdmanxeber.az-a verilən məlumata görə, bölgə klubu Abdulla Rzayevi heyətinə qatmaq istəyib. Tovuz təmsilçisi futbolçunu icarəyə götürmək niyyətində olsa da, paytaxt klubu müdafiəçini buraxmayıb.
Baş məşqçi Krunoslav Renduliç Rzayevin komandada qalmasını istəyib. Buna səbəb sağ cinah müdafiəçisi Amin Seydiyevin inamsız çıxışıdır.
Mütəxəssis Abdulla Rzayevi onun yerinə alternativ kimi komandada saxlamağa qərar verib. U-21 millimizin üzvü ötən mövsümü icarə əsasında “Araz Naxçıvan”da keçirib.