20 Sentyabr 2024
Dünya futbolu

“Mançester Siti” hücumçu axtarır

“Mançester Siti” qış transfer pəncərəsində hücumçunu dəvət etməkdə maraqlıdır.

İdmanxeber.az-ın məlumatına görə, “şəhərlilər” forvardı Erlin Haalanda alternativ axtarışındadı. Yayda Julian Alvaresin “Ateltiko”ya keçməsindən sonra onun yerinə heç kim alınmadı. Bu səbəbdən də rəhbərlok yeni hücumçu axtarır.

Üç oyundan sonra Xosep Qvardiolanın komandası 9 xalla Premyer Liqanın turnir cədvəlinə başçılıq edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43