20 Sentyabr 2024
Ölkə futbolu

“Çalışırıq ki, I Liqada hər tur bir oyun “CBC Sport”dan yayımlansın”

Azərbaycan I Liqasında ilk tur çərçivəsində keçiriləcək “Qəbələ” – “Zaqatala” matçı “CBC Sport”dan canlı yayımlanacaq. Çempionatın oyunlarının davamlı telekanaldan birbaşa yayımlanıb-yayımlanmayacağını öyrənmək üçün Peşəkar Futbol Liqasının media və marketinq direktoru Sənan Abdulayyevlə əlaqə saxladıq.

Qurum rəsmisi İdmanxeber.az saytına bunları dedi:

“Biz çalışırıq ki, I Liqada hər tur bir oyun “CBC Sport”dan yayımlansın. Bununla bağlı kanal rəhbərliyi ilə danışıq aparırıq. Sağ olsunlar, müsbət yanaşırlar. Çalışacaqlar ki, hər tur bir oyun kanaldan canlı yayımlansın. Digər görüşlərdən birini özümüz yutub kanalımızdan 3 kamera və şərhçi ilə verəcəyik. Qalan oyunlar isə köhnə qayda ilə davam edəcək”.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43