19 Sentyabr 2024
Ölkə futbolu

Azərbaycanlı futbolçu San Marino millisində oynamaq təklifi aldı, qərarını verdi – SON DƏQİQƏ!

San Marinonun “Faetano” klubunda çıxış edən azərbaycanlı futbolçu Raul Yaqubzadə bu ölkənin federasiyasından millidə çıxış etmək təklifi alıb.

Bu barədə məlumatı İdmanxeber.az saytına futbolçunun atası verib. O bildirib ki, San Marino Futbol Federasiyası rəsmiləri Raula bu ölkənin U-21 yığmasında oynamağı təklif edib. Ancaq Yaqubzadə bundan imtina edib.

Buna səbəb futbolçunun Azərbaycan millisində oynamaq istəməsidir. Yaqubzadə bir dönəm U-19 yığmamızın da formasını geyinib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43