“Şamaxı” klubun baş məşqçisi Ayxan Abbasov Azərbaycan çempionatlarında 200-cü dəfə meydana komanda çıxarıb.
İdmanxeber.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis bunu Azərbaycan Premyer Liqasının VI turunda “Sumqayıt”a qarşı oyunda (1:0) reallaşdırıb.
Mütəxəssis karyerası ərzində dörd klubda çalışıb. O, Premyer Liqada “Zirə”ni 44, “Sumqayıt”ı 79, “Turan Tovuz”u 72, “Şamaxı”nı 5 görüşə çıxarıb. Onun komandaları 67 qələbə qazanıb, 55 heç-heçə edib və 78 dəfə uduzub.
Qeyd edək ki, A.Abbasov Azərbaycan çempionatları tarixində 200 və daha çox matça baş məşqçi kimi çıxan 13-cü mütəxəssisdir.