“Jirona”nın baş məşqçisi Mişel La Liqanın 5-ci turunda “Barselona”ya məğlubiyyətdən (1:4) sonra rəqib cinah oyunçusu Lamin Yamalın səviyyəsini yüksək qiymətləndirib.
İdmanxeber.az-ın məlumatına görə, 17 yaşlı ispaniyalı bu görüşdə 30 və 37-ci dəqiqələrdə fərqlənərək dubla imza atıb:
“Yamal meydanda fərq yaradan oyunçudur. Mənim üçün o, cəmi 17 yaşında dünyanın ən yaxşı oyunçularından biridir. Messidən sonra başqa olacağını təsəvvür etmək çətindir. Amma ümid edirəm ki, Lamin təkmilləşməyə davam edəcək. Çünki o, bu səviyyəyə çatmağa qadir oyunçudur”.
Bu mövsüm Yamal La Liqada 5 matçda 3 qol vurub, 4 məhsuldar ötürmə edib.