24 Dekabr 2024
Kateqoriyasız

“Hədəflərimiz böyükdü və bunun üçün zaman lazımdı” – Sədrətdin Yaqubov

Bir müddətdi fəaliyyət göstərən “AtiDel” klubunun yeni sponsoru müəyyənləşib. 2021-ci ildən fəaliyyətdə olan komandanı ölkənin tanınmış şirkətlərindən biri “Global Drilling Solutions”  MMC öz himayəsinə götürüb.

Tərəflər arasında ötən gün bununla bağlı müqavilə imzalanıb. İmzalama mərasimində “AtiDel” klubunun təsisçisi Sərdar Salmanzadə və “Global Drilling Solutions”  MMC-nin rəhbəri, “AtiDel”in prezidenti Sədrətdin Yaqubov iştirak ediblər.

Tədbirdən sonra Sədrətdin Yaqubov İdmanxeber.az-ın suallarını cavablandırıb:

– Hər iki tərəfə xeyirli olsun. Necə oldu ki, “AtiDel”ə sponsor olmaq qərarına gəldiniz?

Sıfırdan yaranan klubdu və heç bir təcrübəsi yoxdu. Bu cavan uşaqlarla işləyib, onları formalaşdırmaq daha asandı nəinki hazır komanda götürmək. Mənim fikrim budur ki, cavanlara dəstək olmaqdı. Bu bizim futbol sferasında ilk addımımızdı. Futbola yanaşmamız fərqlidi. İstəyirik ki, Avropa futbolunu öz uşaqlarımıza aşılaya bilək. Yaxın gələcəkdə futbol akademiyamızı açmaq, burada yeni futbolçular yetişdirmək və Avropaya çıxarmaq fikrimiz var. vropanın bi neçə klubları ilə yaxşı əlaqələrimiz var. Peşəkar agentlərlə işləyəcəyik. İtaliyanın “Peruca” klubunun akademiyasına 3-4 aylıq təcrübə toplaması üçün uşaqları ora göndərmək fikrimiz də var.

– Konkret olaraq hədəfləriniz nədi?

Əsas məqsədimiz yeni istedadlı gəncləri ortaya çıxarmaq və Azərbaycan futboluna bəxş etməkdi. Bilirsiz, yeni mövsümdən “AtiDel” Region Liqasında mübrizə aparacaq. Təxminən bir aya çempionat başlayır. Hədəflərimizdən biri burada çempion olmaq, I liqaya yüksəlməkdi. 5 illik strategiya planımız var. İstəyirik ki, uşaqlar nizam-intizamlı olsun. Məqsədimiz istedadlı uşaqları ortaya çıxarmaqdı. Mən balaca şirkətin rəhbəri kimi əlimdən gələni edəcəm ki, Azərbaycan futboluna öz töhvəmi verə bilim. Bizim qonşu ölkələrin naliyyətlərini görəndə mən pis oluram. Azərbaycan kimi qüdrətli dövlətin hər bir sahədə uğuru var. Amma futbolda biz niyə istədiyimiz səviyyəyə çata bilmirik?

– Dediniz 5 illik bir planınız var. Bu 5 illik plana nə daxildi?

Hədəflərimizdən biri yüksək liqalara qalxmaqdı. Çıxış etdiyimiz liqalarda çempion olmaq istəyirik. Lakin əsas hədəfimiz yeni istedadlı gəncləri ortaya çıxarmaq və Avropada tanıtmaqdı. Ümumiyyətlə çalışacağıq ki, ölkə futboluna bizim də müsbət mənada qatqımız olsun.

– Kommersiya sirri deyilsə, bu kluba ayıracağınız məbləğ nə qədər olacaq?

Rəqəmləri deyə bilməyəcəm. Təbii ki, bizim də imkanlarımız məhdudddu. Klubu tanıtdırmaq, daha sonra AFFA və digər qurumlardan dəstək gözləyəcəyik. Yeni klubuq və gözəl planlarımız var.

– “AtiDel” “Şəfa”nın farm-klubu olacaq?

Əslində belə nümunələr dünya futbolunda çoxdu. “Şəfa”nın hədəfləri daha böyükdü. İstər Emil, istər Sərdar bəy burada yaxşı işlər görürlər. Çalışacağıq ki, istedadlı gəncləri ortalığa çıxaraq və lazım gələrsə “Şəfa” klubuna cəlb edək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43