08 Oktyabr 2024
Ölkə futbolu

Qriqorçuk getdi, “Neftçi” ona əmanət edildi

“Neftçi”nin baş məşqçisi Roman Qriqorçukla yollarını ayırdığı xəbərini vermişdik.

İdmanxeber.az-ın məlumatına görə, komandanı bugünkü hazırlığa köməkçi məşqçi Sənan Qurbanov çıxaracaq. O, yeni baş məşqçi gələnə qədər bu vəzifəni icra edəcək.

Xatırladaq ki, “ağ-qaralar” dünən Qriqorçukla qarşılıqlı razılıq əsasında yollarını ayırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43