08 Oktyabr 2024
Dünya futbolu

PSJ “Mançester Siti”nin qapıçısını istəyir

PSJ “Mançester Siti”nin qapıçısı Edersonla maraqlanır.

İdmanxeber.az-ın məlumatına görə, parislilərin rəhbərliyi 31 yaşlı braziliyalını gələn yay transfer etmək niyyətindədir. İtaliyalı qolkiper Canluici Donnarumma isə satıla bilər.

Ederson 2017-ci ilin iyulundan “Mançester Siti”də çıxış edir. 2024/25 mövsümündə qapıçı 9 matçda iştirak edib, 9 qol buraxıb.

“Transfermarkt” portalı qapıçının dəyərini 35 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43