08 Oktyabr 2024
Ölkə futbolu

Premyer Liqa klubu hücumçu axtarır

“Səbail” heyətini daha bir futbolçu ilə gücləndirmək niyyətindədir.

İdmanxeber.az-a verilən məlumata görə, paytaxt təmsilçisi hücumçu mövqeyinə futbolçu axtarır. Hazırda komandada bu mövqedə yalnız bir oyunçu var – Ayman Bouali.

Bu səbəbdən də “dənizçilər” yeni hücumçu almaq üçün axtarışlarını sürətləndirib. Artıq bir neçə menecerlə əlaqəyə keçilib və “Səbail” üçün uyğun forvard olduqda xəbər edilməsi istənilib.

Xatırladaq ki, Bakı klubu IX turun ardından turnir cədvəlində 7 xalla 7-ci sıradadır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43