UEFA Millətlər Liqası qrup mərhələsi çərçibəsində keçiriləcək Estoniya – Azərbaycan oyununun hakimləri açıqlandı.
İdmanxeber.az-ın məlumatına görə, qarşılaşmanı İrlandiyadan olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Rob Harviyə yan xətt hakimləri Robert Klark və Ueyn Makdonnell kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Rob Hennessi yerinə yetirəcək.
Oktyabrın 11-də Tallin şəhərindəki “Lilekulla” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.