08 Oktyabr 2024
Ölkə futbolu

“Qəbələ” heyətinə daha bir futbolçu qatdı

“Qəbələ” klubu heyətinə daha bir futbolçu qatıb.

İdmanxeber.az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Murad Musayevlə yeni müqavilə imzalanıb.

30 yaşlı müdafiəçi ilə anlaşma 2 il müddətinə nəzərdə tutulub.

Qeyd edək ki, əvvəllər də “Qəbələ”də çıxış etmiş M.Musayev karyerası ərzində “Zirə” və “Səbail”in də formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43