08 Oktyabr 2024
Dünya futbolu

“Real” Arnold transferində israrlıdır

“Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnold bu qış klubunu dəyişə bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Real” oyuçunun xidmətində maraqlıdır. Qışda transferin gerçəkləşmə ehtimalı var. 

Belə ki, “kral klubu” “Liverpul”la müqaviləsi 2025-ci ilin iyununda başa çatacaq ingilis futbolçu ilə qışda ilkin razılığa gəlib, onun gələn yay pulsuz transfer etmək niyyətindədir. 

Bununla belə, Karvahalın zədəsi səbəbindən “Real” transferin qışda baş tutacağı təqdirdə, təzminat ödəməyə də müsbət yanaşır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43