08 Oktyabr 2024
Dünya futbolu

“Yuventus”un futbolçusu dizindən əməliyyat olundu

“Yuventus”un müdafiəçisi Qleyson Bremer dizindən əməliyyat olunub.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu  Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda “Leyptsiq”lə (Almaniya) matçda zədələnmişdi. 27 yaşlı oyunçunun əməliyyatının uğurlu keçdiyi bildirilir.

Bremerin uzun müddət oynaya bilməyəcəyi qeyd edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43