09 Oktyabr 2024
Dünya futbolu

Mario Balotelli A Seriyasına qayıdır?

İtaliya millisinin sabiq üzvü Mario Balotelli A Seriyasına qayıda bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Torino” italiyalı forvardın xidmətinə maraq göstərir. O, azad agent kimi Turin klubuna qoşula bilər.

34 yaşlı Balotelli son olaraq Türkiyənin “Adana Dəmirspor” klubu olub.

O, vaxtı ilə “Milan” və “Mançester Siti” kimi klublarda çıxış edib.

Onun transfer dəyəri 650 min avro qiymətləndirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43