23 Oktyabr 2024
Ölkə futbolu

“Qarabağ” Mesut Özili Bakıya gətirir

Karyerasını başa vurmuş dünya futbolunun ulduzlarından Məsut Özil Bakıya gəlir.

İdmanxeber.az xəbər verir ki, səfərin təşkilatçısı “Qarabağ” Futbol Klubudur.

Klubun bununla bağlı yaydığı açıqlamada bildirilir:

“Dəyərli azarkeşlərimiz!Q

Adını futbol tarixinə qızıl hərflərlə yazdırmış Mesut Özil qonağımız olacaq! 

Komandamızın açıq məşqinin ardından dünya futbolunun sevilən ulduzu gənc futbolçularımızla əyləncəli oyunda üz-üzə gələcək! Bu maraqlı şounu qaçırmayın! 

Sürprizlərlə və hədiyyələrlə zəngin futbol axşamı sizi gözləyir! 

Tədbir oktyabrın 11-i, saat 16:30-da “Azersun Arena”da başlayacaq. 

Giriş sərbəstdir

“Qarabağ” bütün futbolsevərləri stadionununa dəvət edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43