23 Noyabr 2024
Dünya futbolu

“Tottenhem” məşqçisi ilə yolları ayırır

“Tottenhem”in keçmiş yarımmüdafiəçisi Rayan Meyson “Anderlext”i çalışdıra bilər.

İdmanxeber.az-ın məlumatına görə, 33 yaşlı ingilis bu posta namizədlər siyahısında olsa da, danışıqlar hələ ilkin mərhələdədir.

2018-ci ildə Meyson məşqçilik karyerasına “Tottenhem”də başlayıb. 2023-cü ilin aprel-iyun ayları arasında o, komandaya 6 oyunluq baş məşqçilik edib.

Meyson hazırda “Tottenhem”in baş məşqçisi Angelos Postekoğlounun köməkçisidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43