“Yuventus”un futbolçusu Pol Poqba karyerasını Fransada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Marsel” futbolçunun xidmətində maraqlıdır. Transfer qışda baş tuta bilər.
Xatırladaq ki, dopinqə görə 4 illik futboldan uzaqlaşdırılan Poqbanın cəzası 18 aya endirilib. Onun cəzası 2025-ci ilin mart ayında başa çatır.