23 Oktyabr 2024
Dünya futbolu

“Qalatasaray” argentinalı ulduzla danışıq aparır

“Qalatasaray” heyətini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

İdmanxeber.az-ın məlumatına görə, söhbət Pauolo Dibaladan gedir. Mövsüm sonu “Roma” ilə müqaviləsi bitəcək oyunçu komandadan ayrıla bilər. 

Bu səbəbdən də futbolçu təkliflərə açıqdır. Hətta transfer qışda da baş tuta bilər. Artıq tərəflər arasında danışıqlar start götürüb.

Paulo Dibala 2022-ci ilin yayında “Yuventus”dan ayrıldıqdan sonra azad agent statusu ilə “Roma”ya keçib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43