23 Oktyabr 2024
Dünya futbolu

“Fənərbağça” Ardanı geri qaytarmaq istəyir

“Fənərbağça” sabiq futbolçusu Arda Güləri heyətinə qatmaq istəyir.

İdmanxeber.az-ın məlumatına görə, 19 yaşlı oyunçu “Real”da davamlı forma şansı almadığı üçün klubdan ayrıla bilər. Bu səbəbdən də İstanbul klubu onu icarəyə götürmək istəyir.

Arda Gülər bu mövsüm “Real”ın heyətində 10 oyuna çıxıb. O, Madrid təmsilçisinə 2023-cü ildə “Fənərbağça”dan 20 milyon avroya transfer olmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43