23 Oktyabr 2024
Ölkə futbolu

Azərbaycan – Slovakiya matçının hakimləri açıqlandı

UEFA Millətlər Liqasının qrup mərhələsinin IV turu çərçivəsində keçiriləcək Azərbaycan – Slovakiya matçının hakimləri açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, qarşılaşmanı Norveçdən olan  FIFA referisi Rosit Saqqi idarə edəcək. Ona Morten Yensen və Anders Olav Dale kömək göstərəcək. Siqurd Krinqstad dördüncü hakim funksiyasını yerinə yetirəcək.

 Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma ayın 14-də, saat 20:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43