23 Oktyabr 2024
Dünya futbolu

La Liqa nəhənglərinin Fernandes savaşı

“Benfika”ın futbolçusu Alvaro Fernandes İspaniya nəhəngləri – “Barselona” və “Real”ın maraq dairəsinə düşüb.

İdmanxeber.az-ın məlumatına görə, hər iki klubu gənc müdafiəçini transfer etmək istəyir.

Keçən yay 6 milyon avroya “Mançester Yunayted”dən “Benfika”ya keçən 21 yaşlı futbolçunun klubu ilə müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədərdir.

“Benfika” mövcud durumdan yararlanaraq La Liqa nəhənglərinə “qiymət oxumağı” planlaşdırır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43