26 Noyabr 2024
Dünya futbolu

“Liverpul” “Real”ın istədiyi futbolçunu buraxmır

“Liverpul” müdafiəçisi Trend Aleksander Arnoldla danışıq aparır.

İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik mövsüm sonu müqaviləsi bitəcək oyunçunu buraxmaq niyyətində deyil. Onunla sözləşmə uzatmaq istəyir.

Bu səbəbdən də tərəflər arasında bir müddətdir danışıqlar davam edir. 

Xatırladaq ki, ingiltərəli futbolçu “Real”ın da maraq dairəsindədir. İspaniya klubu futbolçunu gələn yay azad agent kimi heyətinə qatmaq istəyir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43