24 Oktyabr 2024
Dünya futbolu

“Real”ın müdafiəçisi əməliyyat olundu

“Real”ın müdafiəçisi Dani Karvaxal oktyabrın 11-də uğurla əməliyyat olunub.

İdmanxeber.az-ın məlumatına görə, Karvaxal yaxın günlərdə bərpa prosesinə başlayacaq. 32 yaşlı müdafiəçi La Liqanın 9-cu turunda “Vilyarreal”la oyunda (2:0) zədələnib.

Oktyabrın 6-da “Real” Karvaxalla müqavilənin müddətini 2026-cı ilin yayına qədər uzatdığını açıqlayıb. Əvvəlki sözləşmə 2024/25 mövsümünün sonuna qədər qüvvədə idi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43