25 Noyabr 2024
Dünya futbolu

Tuxel İngiltərə millisinin başına keçə bilər

“Bavariya”nın sabiq baş məşqçisi Tomas Tuxel İngiltərə milli komandasının baş məşqçisi ola bilər.

İdmanxeber.az-ın məlumatına görə, tərəflər artıq danışıqlara başlayıb. 51 yaşlı mütəxəssisin son iş yeri “Bavariya” olub. Onun rəhbərliyi altında Münhen komandası 2022/23 mövsümündə Almaniya çempionluğu yaşayıb.

Tuxel məşqçilik karyerasının əvvəlində “Maynts”, “Borussiya D”, PSJ və “Çelsi”yə rəhbərlik edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43