22 Oktyabr 2024
Ölkə futbolu

Riad Rəfiyev “Neftçi”yə şərt irəli sürdü, istədiyini aldı

“Neftçi”nin yeni baş məşqçisinin “Sumqayıt”ın çalışdırıcısı Samir Abasov olacağını xəbər vermişdik.

İdmanxeber.az-a verilən məlumata görə, “ağ-qaralar” təcrübəli mütəxəssis üçün qarşı tərəfə təzminat ödəyib. Tərəflər arasında bir müddətdi bu istiqamətdə danışıqlar davam edirdi. Nəhayət razılıq əldə olunub.

“Neftçi”nin klubu ilə müqaviləsi davam edən Samir Abasov üçün 100 min manata yaxın təzminat ödəyəcəyi bildirilir. 

Xatırladaq ki, mütəxəssis bir dönəm “ağ-qaralar”a rəhbərlik edib və Azərbaycan çempionluğunu qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43