23 Oktyabr 2024
Dünya futbolu

Modriç “Real”dan müqavilə gözləyir

“Real”ın yarımmüdafiəçisi Luka Modriç 2024/25 mövsümünün sonunda karyerasını bitirmək niyyətində deyil.

İdmanxeber.az-ın məlumatına görə, 39 yaşlı xorvatiyalı Madrid klubu ilə müqaviləsini daha bir il uzatmaq niyyətindədr. Futbolçu 2026-cı il dünya çempionatında da iştirak etmək istəyir.

Modriç 2012-ci ilin avqustundan “Kral klubu”nda çıxış edir. 2024/25 mövsümündə yarımmüdafiəçi bütün yarışlarda 12 komanda oyununda iştirak edib və 2 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43