23 Oktyabr 2024
Ölkə futbolu

“Neftçi” Samir Abasovla 2 illik müqavilə bağladı – RƏSMİ

Samir Abasov “Neftçi”nin yeni baş məşqçisi təyin olunub.

İdmanxeber.az-ın məlunatına görə, 46 yaşlı mütəxəssis bundan sonra “ağ-qaralar”ın uğurları üçün çalışacaq. Onunla bu gün 2 illik müqavilə imzalanıb.

Buna qədər “Sumqayıt” klubunu çalışdıran Samir Abasov bu komandanı sonuncu mövsümdə UEFA Konfrans Liqasına çıxarmağı bacarıb.

“Neftçi” ilə həm futbolçu, həm də məşqçi kimi çempionluq sevinci yaşayan Abasov “Neftçi”yə 2020/2021-ci illər mövsümündəki sonuncu çempionluğu da qazandıran şəxsdir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43