23 Oktyabr 2024
Dünya futbolu

Neymar: “Ondan başqa heç kim buna layiq deyil”

“Əl-Hilal”ın hücumçusu Neymar “Qızıl top” mükafatının kimə verilməli olduğunu açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, ulduz oyunçu sözügedən mükafata Vinisius Juniorun layiq olduğunu düşünür:

“Mən Vinisiusun tərəfdarıyam. Ondan başqa heç kim buna layiq deyil. O, döyüşçüdür, həyatı boyu çox əziyyət çəkdi, bütün gözləntiləri aşdı, bütün tənqidlərə, trollara qalib gəldi. Bu gün o, bizim üçün böyük kumirə, qəhrəmana çevrildi”.

Ötən mövsüm 24 yaşlı Vinisius “Real”ın heyətində İspaniya çempionu, ölkə Superkuboku və Çempionlar Liqasının qalibi olub. Vinisius Madrid komandasının heyətində bütün yarışlarda 39 matçda 24 qol vurub və 11 məhsuldar ötürmə edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43