22 Oktyabr 2024
Dünya futbolu

Petkoviç bu dəfə Benziaya güvəndi

Afrika Millətlər Liqasında 4-cü turun oyunları keçirilir.

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ”ın futbolçusu Yassin Benzianın şərəfini qoruduğu Əlcəzair millisi səfərdə Toqo yığması ilə qarşılaşıb. Matç Əlcəzair millisinin qələbəsi ilə yekunlaşıb – 1:0.

Benzia bu oyunda start heyətində meydana çıxıb və 63-cü dəqiqədə əvəzlənib.

Bu qələbədən sonra Vladimir Petkoviçin yetirmələri xal ehtiyatını 12-yə çatdıraraq liderliyini davam etdirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43