22 Oktyabr 2024
Dünya futbolu

İngiltərə millisinin üzvü “Yuventus”a keçir

“Everton”un hücumçusu Dominik Kalvert-Lyuin karyerasını İtaliyada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Yuventus” futbolçunun xidnətində maraqlıdır. Turin klubu oyunçunun keçidini mövsüm sonu etmək niyyətindədi. 

27 yaşlı futbolçunun “Everton”la sözləşməsi gələn yay başa çatır.  “Yuventus” qışda oyunçu ilə danışıqlara başlayacaq.

İngiltərə millisinin üzvü bu mövsüm Premyer Liqada 7 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43