23 Oktyabr 2024
Dünya futbolu

Neymar bu oyunla meydanlara qayıdır

Uzun müddətdir zədəli olan “Əl-Hilal”ın hücumçusu Neymar yaşıl meydanlara qayıtmağa yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, ötən ilin noyabrında Neymar uğurla əməliyyat olundu və 2024-cü ilin iyulunda fərdi məşqlərə başladı. Futbolçunun oktyabrın 21-də Asiya Çempionlar Liqasında “Əl Ayn”la keçiriləcək oyunda iştirak etməsi gözlənilir.

Neymar 2023-cü ilin yayında PSJ-dən 90 milyon avroya “Əl-Hilal”a keçib. Braziliyalı zədə səbəbindən komandanın heyətində cəmi 5 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43