23 Oktyabr 2024
Dünya futbolu

“Real” “Bayer”in futbolçusunu alır

“Real” “Bayer”in müdafiəçisi Jeremi Frimponqun transferində maraqlıdır.

İdmanxeber.az-ın məlumatına görə, 23 yaşlı niderlandlının transferi gələn ilin yayında baş tuta bilər. Futbolçunun transferi üçün təzminat məbləği 40 milyon avrodur.

Frimponq 2021-ci ildən “Bayer”də oynayır. Bu mövsüm müdafiəçi bütün turnirlərdə on oyun keçirib, bir qol vurub və beş məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43