22 Oktyabr 2024
Ölkə futbolu

Azərbaycanlı futbolçular Slovakiya ilə matçda neçə aldı?

Azərbaycan millisi UEFA Millətlər Liqası qrup mərhələsinin IV turunda doğma meydanda Slovakiyaya məğlub olub – 1:3.

İdmanxeber.az-ın məlumatına görə, oyunun ardından futbol mütəxəssisləri futbolçuların performanslarını dəyərləndirib. Komandamızın heyətində ən yüksək qiymət alan oyunçu Toral Bayramovla Ramil Şeydayev olub. Hər iki oyunçunun da çıxışına 6,9 bal verilib. 

Millimizin heyətində ən aşağı qiymət alan isə Mahir Emreli olub. Onun Slovakiyaya qarşı oyunu 4,1 xalla qiymətləndirilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43